TechBazar.az — İstifadəçi Şərtləri və Qaydaları

​1. Ümumi Müddəalar

​TechBazar.az onlayn platformadır və istifadəçilərə ev texnikası və elektronika məhsullarının satışı və çatdırılması xidmətini təklif edir.
​Saytda yerləşdirilən bütün məhsul məlumatları və şəkillər istehsalçıların və ya topdan satış mərkəzlərinin təqdim etdiyi məlumatlar əsasında hazırlanmışdır.

2. Qiymətlər və Ödəniş

​Saytda göstərilən qiymətlərə məhsulun dəyəri və (qeyd olunduğu təqdirdə) çatdırılma xərci daxildir.
​TechBazar bazar şərtlərinə uyğun olaraq qiymətləri öncədən xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır.

3. Çatdırılma Şərtləri

​Bakı daxili çatdırılma: Məhsulun növündən asılı olaraq “Pulsuz Çatdırılma” kampaniyası çərçivəsində ödənişsiz həyata keçirilə bilər.
​Rayonlara çatdırılma: Rayonlara çatdırılma poçt və ya kuryer xidmətləri vasitəsilə, əlavə ödəniş əsasında icra olunur.
​Çatdırılma zamanı məhsulun fiziki bütövlüyü müştəri tərəfindən kuryerin yanında yoxlanılmalıdır. Məhsul qəbul edildikdən sonra yaranan vizual qüsur iddiaları qəbul olunmur.

4. Zəmanət və Geri Qaytarma

​Məhsullara istehsalçı və ya topdan satıcı tərəfindən müəyyən edilmiş müddətdə zəmanət verilir. TechBazar servis mərkəzi deyil, istehsalçı zəmanəti ilə satış edən vasitəçidir.
​Geri qaytarma: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna uyğun olaraq, işlənməmiş, qablaşdırması pozulmamış məhsullar 14 gün ərzində qaytarıla bilər. Lakin bu halda çatdırılma xərci müştəri tərəfindən qarşılanır.

​5. Müəllif Hüquqları və Məsuliyyət

​Səhifədəki brend loqoları və adları müvafiq şirkətlərə məxsusdur. TechBazar bu brendlərin rəsmi distribütoru deyil, pərakəndə satışını həyata keçirən platformadır.